Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçiriləcək
09:35 04 Mart 2021

Bu gün Azərbaycanın da iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında Zirvə toplantısı keçiriləcək.
Femida.az xəbər verir ki, iclasda üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək.
Toplantıya müşahidəçi ölkə kimi Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar da qatılacaq.
Qeyd edək ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı sayılır. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var. İƏT-in genişləndiyi həmin gün təşkilatın təqvimində “İƏT günü” kimi qeyd edilir.
Oxunub: 241
Oxşar xəbərlər
- Bu il yol qəzalarında ölənlərin sayı AÇIQLANDI: 125 ölü, 370 yaralı
- Bu kafelər cərimələnib - TAM SİYAHI
- Bu günki küləyin vurduğu fəsadlar - FOTOLAR
- Bu gündən bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb
- Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
- Bu ərazilərdə bağçalar da bağlanır
- Bu şəxslər 2024-cü ilə kimi icbari tibbi sığortadan pulsuz istifadə edəcəklər
- Bu il mal ticarətinin həcmi xeyli artacaq
- Bu gün Ərdoğan Azərbaycan Baş nazirinin müavini ilə görüşəcək
- Bu gün Türk Şurasının Zirvə toplantısı keçiriləcək