İtkin erməni hərbçilərin valideynləri yenə etiraz edir


10:54     04 Mart 2021 2021/03/gdfgd-1614838866_1614840972.jpg

Ermənistanın Şirak bölgəsində müharibə zamanı itkin düşmüş əsgərlərin valideynləri bu dəfə fərqli formada etiraz aksiyası keçirirlər.

Femida.az xəbər verir ki, əvvəllər dövlət binalarının qarşısına toplaşan əsgər valideynləri indi bölgə rəhbərliyinin olduğunu inzibati binaya daxil olaraq, orada oturaq aksiyaya başlayıblar.

Dünən günorta saatlarından axşama kimi binanın girişində dəhlizi bağlayan erməni valideynlər övladlarının nə vaxt tapılacağına dair dəqiq cavab tələb ediblər.

Valideynlər bundan sonra aylarla cavab gözləməyəcəklərini, daha sərt tədbirlərə əl atacaqlarını bəyan ediblər.

Açar sözlər:

Oxunub: 203