Qırğız Respublikası prezidentinin feysbuk səhifəsi sındırılıb
11:00 04 Mart 2021

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun feysbuk səhifəsi sındırılıb.
Femida.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat xidmətinin rəhbəri Qalina Bayterek bildirib.
Onun sözlərinə görə, hakerlər səhifəni sındırdıqdan sonra müxtəlif mövzularda şərhlər yazıblar. Q.Bayterek əmin edib ki, səhifədə yerləşdirilən şərhlərə prezidentin heç bir aidiyyəti yoxdur: “Sadır Japarov ictimaiyyətin fikirinə hörmətlə yanaşır. Ona görə də o, belə bir şərhi yazmağı özünə heç vaxt rəva bilməz”.
Qeyd edək ki, bir müddət əvvəl Sadır Japarovun şəxsi sosial səhifəsində Qırğız Respublikası parlamentinin müxalif Sosial Demokrat Partiyasından olan deputatı Dastan Bekeşev barədə təhqiramiz şərh yazılıb.
Oxunub: 233
Oxşar xəbərlər
- Qırğızıstanda seçkilər: Japarov qalib gəlir
- Qırğızıstan parlamentinə yeni spiker seçildi
- Qırğızıstanda Prezidentin səlahiyyətləri Baş Nazirə verildi
- Qırğızıstan Prezidenti istefa verdi
- Qırğızıstanın eks-Baş naziri İlham Əliyevə məktub ünvanlayıb
- Qırğızıstan parlamentinin spikeri istefa verdi
- Qırğızıstanın sabiq prezidentinə sui-qəsd olub
- Qırğızıstanda Prezident Aparatının 26 əməkdaşı virusa yoluxdu
- Qırğızıstan parlamentinin sabiq spikeri koronavirusdan ölüb
- Qırğız Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib