Son 3 ildə gömrükdə 4,6 ton narkotik aşkarlanıb


12:49     04 Mart 2021 2021/03/IMG_24F0FA-A94DCD-1CF1D1-4AFF63-B960F3-1AF97C_1614847333.jpg

Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb.

Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, ötən 3 ildə (2018-2020-ci illər) aşkarlanan narkotik vasitələrin həcmi ondan əvvəlki 10 ildə (2008-2017) aşkarlanan narkotik vasitələrin həcmindən 1,55 ton çoxdur.

Əvvəlki 10 ildə 3,05 ton narkotik vasitələr aşkarlanmışdı.

Açar sözlər:

Oxunub: 329