DGK: İşğaldan azad edimiş ərazilərdə İranla gömrük postu açıla bilər


13:35     04 Mart 2021 dgk1qsakdk23scaqewmbmnb%20(1).jpg

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə gömrük postları təşkil ediləcək.

Femida.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda layihə üzrə işlər və danışıqlar gedir.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ən vacib məsələlərdən biri də tranzit əlaqələrin qurulmasıdır.

S.Mehdiyev bildirib ki, İran tərəfindən Azərbaycan gömrük xidmətinə yeni gömrük postunun açılması ilə bağlı müraciət edilib: "Ola bilsin ki, orada da bir gömrük postu açılsın".

Femida.az

Açar sözlər:

Oxunub: 310