DGK-nın yeni binasının tikintisinə 30 mln manat xərclənib
13:51 04 Mart 2021

Dövlət Gömrük Komitəsinin (DGK) yeni binası Komitənin büdcədənkənar vəsaiti hesabına inşa ediləcək.
Bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bəzən bir ildə DGK 8 milyon manat, bəzən 10 milyon manat, bəzən də 15 milyon manat büdcədənkənar əlavə vəsait toplanır. Bu vəsait də Dövlət Gömrük Komitəsinin daha da inkişaf etdirilməsinə yönəldilir. Bu vəsait gömrük orqanları işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına yönəldilir.
O qeyd edib ki, bu gün DGK-nın yeni inzibati binasına ehtiyacı var: “Siz görsəniz ki, bu gün bəzi əməkdaşlarımız hansı şəraitdə işləyir. Bəzi idarələrin əməkdaşları icarədə otururlar. Onların hamısının bir yerdə oturması daha münasib olardı”.
S. Mehdiyev deyib ki, Komitə artıq bu günə qədər 30 milyon manat smeta və satınalma tenderlərini həyata keçirib: “Zaman keçdikcə, bu inzibati binanın tikintisinə büdcədənkənar vəsait hesabına inşa etdiriləcək”.
Femida.az
Oxunub: 228
Oxşar xəbərlər
- DGK və ÜGT gömrük fəaliyyətinin pandemiyaya uyğunlaşdırılmasını müzakirə edib
- DGK gücləndirilmiş iş rejiminə keçir
- DGK: İşğaldan azad edimiş ərazilərdə İranla gömrük postu açıla bilər
- Rüşvət üstündə tutulan DGK-nın şöbə rəisinə 4 il həbs cəzası verildi
- DGK-nın 60 əməkdaşı Vətən müharibəsində iştirak edib
- Paxlavanın altında 105 min dollar keçirmək istəyən şəxs saxlanıldı
- DGK büdcəyə 2,6 milyard manat köçürüb
- DGK qaçaqmalçıları axtarır - FOTO+VİDEO
- DGK-nın büdcə daxilolmaları 323,7 milyon manatdır
- Gömrükdən qanunsuz siqaret və dərman keçirmək istədilər