Ceyhun Bayramovun məktubu BMT sənədi kimi yayılıb
13:54 04 Mart 2021

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 22 fevral tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunur. Bildirilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.
Məktubda vurğulanır ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.
Nazir Ceyhun Bayramov BMT Baş katibinin diqqətinə çatdırır ki, Ermənistan minalanmış ərazilər ilə bağlı dəqiq məlumatın verməkdən imtina etməklə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini ciddi şəkildə pozur. Burada, həmçinin vurğulanır ki, Ermənistan tərəfindən basdırılmış minaların insan həyatına son qoyması müharibə cinayətidir.
Femida.az
Oxunub: 237
Oxşar xəbərlər
- BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır - Prezident
- Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb
- BMT Baş Assambleyasının sədri Azərbaycana gəlib
- Prezident İlham Əliyevin daha bir təşəbbüsü BMT-də qəbul edildi - TƏHLİL
- BMT-də Azərbaycanın təşəbbüsü ilə COVID-19-la bağlı qətnamə qəbul edilib
- BMT-nin baş katibi Novruz bayramı ilə bağlı videomüraciət edib
- Azərbaycan Xarici İşlər naziri BMT rəsmisi ilə videoformatda görüşüb
- Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzalayıb
- BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
- BMT Ermənistandakı vəziyyəti şərh edib