İsrail səfiri qazilərimizə baş çəkdi - VİDEO
14:32 04 Mart 2021

İsrailin Azərbaycandakı səfiri Corc Dik akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət edib.
Femida.az xəbər verir ki, bu barədə İsrail səfirliyinin "Facebook" səhifəsində məlumat paylaşılıb.
Səfir bildirib ki, Azərbaycanda olan israilli həkimlər, tibb bacıları və texniklər 150-dən çox qazini müalicə ediblər.
“İsrail həkimlərindən biri ilə danışdım. O dedi ki, bu müddət ərzində burada İsrail klinikalarında 6 ayda icra etdiyi əməliyyatlardan daha çox əməliyyat edib. Məhz bu, bizim iş birliyimizin ruhudur. Bu, İsrail ilə Azərbaycan arasındakı dostluğun ruhudur. Azərbaycandakı insanların sağlamlığını bərpa etmələrinə, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda - öz vətənlərində yaxşı, normal və layiq olduqları həyat yaşamalarına kömək etmək istəyirik. İnanıram ki, bu ölkələrimiz arasında dostluğun əlamətidir. İnanıram ki, dostluğumuz gələcəkdə daha da inkişaf edəcək və çiçəklənəcək”, - deyə səfir vurğulayıb.
Femida.az
Oxunub: 294
Oxşar xəbərlər
- İsraildən göndərilən tibbi və humanitar yardımın ikinci hissəsi Azərbaycana gətirilib
- İsrail səfiri qadın və uşaqlar üçün sığınacağa baş çəkib - VİDEO
- İsrail səfirindən Novruz təbriki - VİDEO
- İsrail hava məkanını İordaniya üçün bağlayıb
- İsrailli həkimlər tərəfindən qazilərimizə 58 protez göz taxılıb
- İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
- İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb
- İsrailin sabiq Prezidenti Prezident İlham Əliyevi təbrik edib
- İsrailin keçmiş XİN başçısı İlham Əliyevi təbrik edib
- İsrail prezidenti koronavirusa qarşı peyvənd olundu