Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
18:20 04 Mart 2021

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 2 721 nəfər müraciət edib. Onlardan 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.
Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
Oxunub: 272
Oxşar xəbərlər
- Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək
- Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatır
- Tələbələrin köçürülməsi başladı - Fevralın 7-dək davam edəcək
- Tələbələrin köçürülməsinə başlanılır
- Tələbələrin köçürülməsi başa çatıb
- Tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon manat ayrılıb
- Tələbələrin köçürülməsinin nəticələri açıqlanıb
- Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatıb
- Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır
- Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır