Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
18:20 04 Mart 2021
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 2 721 nəfər müraciət edib. Onlardan 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.
Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
Oxunub: 564
Oxşar xəbərlər
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
- Tələbələrin universitetə girişi belə tənzimlənəcək
- Tələbələrin COVID-19 pasportunun olması tələb olunacaq
- Tələbələrin köçürülməsinin qaydaları açıqlanıb
- Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək
- Tələbələrin köçürülməsi üçün sənəd qəbulu başa çatır
- Tələbələrin köçürülməsi başladı - Fevralın 7-dək davam edəcək
- Tələbələrin köçürülməsinə başlanılır
- Tələbələrin köçürülməsi başa çatıb