Prezident İƏT üzvlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
20:33 04 Mart 2021

“Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı”.
Femida.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışında
Prezident bildirilb ki, biz indi gələcək haqqında düşünürük: “Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir: “Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.
Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Oxunub: 233
Oxşar xəbərlər
- Prezidentin köməkçisi: “Türkiyənin Azərbaycana media sahəsində dəstəyini yüksək qiymətləndiririk”
- Prezident Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif etdi
- Prezident bu şəxslərə “Tərəqqi” medalı verdi
- Prezident bu şəxsə general rütbəsi verdi - SƏRƏNCAM
- Prezidentdən SƏRƏNCAM: Ərazi genişləndirilir
- Prezidentin köməkçisi vətəndaşlara çağırış etdi
- Prezident yeni Mərkəz yaratdı - FƏRMAN
- Prezidentin vəzifə verdiyi Zaur Mikayılov kimdir? - DOSYE
- Prezidentdən yeni TƏYİNAT
- Prezident İlham Əliyev Türkiyənin ticarət nazirini qəbul edib