Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artıb


21:52     04 Mart 2021 21_03_04_1614880400.jpg

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sarı 10 nəfərə yüksəlib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 290