Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: "Sizin acınız bizim də acımızdır"
09:13 05 Mart 2021
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.
Başsağlığıda deyilir: "Qardaş Türkiyə Quru Quşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi qulluqçuların, xüsusilə Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın həlak olması və hərbçilərin yaralanması, Şırnak bölgəsində isə hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Oxunub: 416
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"