Masallı sakini qayçı ilə qaynına xəsarət yetirib


09:50     05 Mart 2021 21_03_05_1614921401.jpg

Masallıda qohumlar arasında xəsarətlə bitən dava olub.

Femida.az -ın verdiyi xəbərə görə, hadisə ötən gecə Masallı şəhərində baş verib.

Nəriman Nərimanov küçəsi ev 76 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Ramiq Babayev Təcili Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ çiynin ön nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Yaralının dediyinə görə, o, münaqişə zəminində yeznəsi Vüsal (soyadı dəqiqləşdirilir -red) tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 256