4 qazi Türkiyədə müalicə olunaraq Vətənə qayıdıb
10:53 05 Mart 2021
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi müalicə olunaraq Vətənə geri dönüb.
Fonddan Femida.az -a verilən məlumata görə, qazilərimiz Mehtixanov Məhəmməd Biroğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 20 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Oxunub: 549
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM