Azərbaycan Prezidentinin köməkçisi İsrail həkimlərinə təşəkkür edib


12:08     05 Mart 2021 21_03_05_1614931811.jpg

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qazilərin müalicəsi üçün Azərbaycana gələn İsrail həkimlərə təşəkkür edib.

Femida.az -ın xəbərinə görə, bu barədə H. Hacıyev “Twitter”də bildirib.

“Biz yaralı əsgər və zabitlərimizə oftalmologiya sahəsində səhiyyə xidməti göstərdiyi üçün İsraildən gələn tibb heyətinə və İsrailin Azərbaycandakı səfirliyinə minnətdarıq. Bu həm də ölkələrimiz arasında dostluğun rəmzidir. Kim bir həyatı xilas edirsə, o həm də dünyanı xilas edir”, - deyə Prezidentin Köməkçisi qeyd edib.

Açar sözlər:

Oxunub: 345