Rusiyada koronavirusdan ölənlərin sayı 88 mini ötüb


12:13     05 Mart 2021 21_03_05_1614932046.jpg

Rusiyada son sutka ərzində daha 11 024 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 301 159 nəfərə çatıb.

Son sutka ərzində 462 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 88 285 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 347