Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi
13:23 05 Mart 2021

Vəkil Şəhla Hümbətovanın vəkilliyinə xitam verilib.
Femida.az xəbər verir ki, bu barədə “Report”a onun vəkili Elçin Sadıqov bildirilib.
O deyib ki, Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının (VK) Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.
Məhkəmə Kollegiyanın iddiasını təmin edib.
E.Sadıqovun sözlərinə görə, VK məhkəməyə müraciətində bildirib ki, Ş.Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib:
“Buna görə də Şəhla Hümbətovanın Kollegiyadakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib. Əslində isə üzvlük haqqının ödənilməməsi ilə bağlı müvəkkilimə məlumat verilməyib. Vəkillər Kollegiyasının çıxardığı qərardan 2 gün sonra isə Şəhla Hümbətova üzvlük haqqını tam ödəyib”.
E.Sadıqov qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək.
Oxunub: 560
Oxşar xəbərlər
- Evi tərk edən koronaviruslu şəxslərə bu halda cinayət işi açmaq olmaz - Vəkildən ŞƏRH
- Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? - VİDEO
- Vəkillər Kollegiyası Bakı Dövlət Universiteti ilə əməkdaşlığa başlayır
- Dövlət İdarəçilik Akademiyası ilə Vəkillər Kollegiyası arasında Memorandum imzalanıb
- Azərbaycanda sabiq vəkil məhkəmə zalında həbs olundu
- Azərbaycanda 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub
- Ombudsman Azərbaycanda vəkillərin sayının artırılmasını təklif edib
- Ermənistanda vəkillər etiraz aksiyası keçirir
- Vəkil olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçib
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib