Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
14:07 05 Mart 2021

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.
Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd tüfəng, 6 müxtəlif növ qumbara, 13 qumbaraatan və minaatan mərmiləri, 5500 ədəd 7,62 çaplı patron, pulemyot və avtomat silahlar üçün güllə ilə dolu 13 sandıq və digər döyüş sursatları aşkar edilərək götürülüb.
Femida.az
Oxunub: 221
Oxşar xəbərlər
- Şuşada erməni bankından görün nə tapıldı - Gizli qalan VİDEO
- Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir
- Şuşada xeyli silah-sursat aşkarlanıb
- Şuşada DOST mərkəzinin filialı açılacaq
- Şuşada Vaqifin məqbərəsində bərpa işlərinə start verilib
- Şuşada elektrik yarımstansiyası inşa edilir
- Şuşada itən Livan ermənisi haqqında yeni məlumat yayıldı
- Şuşada iki evdə yanğın olub
- Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri üçün hazırlıqlar başladı
- Şuşada beşmərtəbəli binada yanğın olub