Əli Əsədovla Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
14:23 05 Mart 2021

Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Bu barədə Femida.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 187
Oxşar xəbərlər
- Əlilliyə görə müddət bitirsə, əlillik ləğv olunurmu? - Hüquqi maarifləndirmə
- Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşdü
- Əli Əsədov Aleksey Overçuk ilə görüşüb
- Əli Əsədov qazaxıstanlı həmkarı ilə telefonla danışıb
- Əli Hüseynli məhkəmə-hüquq islahatlarından danışdı
- Əli Əhmədov yenə YAP İdarə heyətinin sədr müavini seçildi
- Əli Əsədovun sədrliyi ilə Komissiyanın ilk iclası keçirildi - FOTO
- Əli Əsədov Ankarada Türk Dünyası Meteoroloji Forumunda iştirak edib
- Əli Əsədov Ərdoğanla görüşüb
- Əli Əsədov Fuat Oktaya başsağlığı verib