Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
17:48 05 Mart 2021

Bu ilin 3-5 mart tarixlərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kiber təhdidlərə qarşı çevik mübarizə qrupları (CSİRT) ilə Hüquq mühafizə orqanları arasında əməkdaşlıq” mövzusunda beynəlxalq səviyyəli ekspertlərin iştirakı ilə onlayn seminar keçirilib.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, seminarda prokurorluq, gömrük, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak ediblər.
Seminarın əsas məqsədi kiber təhdidlər problemini daha yaxşı həll etmək və ölkədaxili təhlükəsizliyi gücləndirmək məqsədilə kiber hücumlara qarşı dayanıqlığını və ədalət mühakiməsi orqanlarının potensialını artırmaq və gücləndirməkdir. Seminar zamanı kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, müxtəlif ölkələrdə kibercinayətlərin araşdırılması standartları, bu növdən olan cinayətlərin istintaqı zamanı istintaq orqanları ilə CSİRT arasında rəsmi və qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib.
Bunlarla yanaşı təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılıb.
Oxunub: 200
Oxşar xəbərlər
- Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvlərini qəbul edib
- Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb
- Baş həkimdən rüşvət alan şəxs həbs edildi
- Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı cinayət işinə başlayıb
- Baş Prokurorluq və BDU arasında əməkdaşlığa müqaviləsi imzalandı
- Baş prokuror Fransanın ölkəmizdəki səfiri ilə görüşüb
- Baş Prokurorluqda Kollegiya iclası keçirilib
- Baş Prokurorluq Əfqan Sadıqovun xanımına xəbərdarlıq edib
- Baş İdarə əməliyyat keçirib, 14 kq çox narkotik maddə aşkar edilib
- Baş prokurordan Novruz təbriki