Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər


17:48     05 Mart 2021 Prokurorluq%20yen%20%20070714.jpg

Bu ilin 3-5 mart tarixlərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kiber təhdidlərə qarşı çevik mübarizə qrupları (CSİRT) ilə Hüquq mühafizə orqanları arasında əməkdaşlıq” mövzusunda beynəlxalq səviyyəli ekspertlərin iştirakı ilə onlayn seminar keçirilib.

Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, seminarda prokurorluq, gömrük, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak ediblər.

Seminarın əsas məqsədi kiber təhdidlər problemini daha yaxşı həll etmək və ölkədaxili təhlükəsizliyi gücləndirmək məqsədilə kiber hücumlara qarşı dayanıqlığını və ədalət mühakiməsi orqanlarının potensialını artırmaq və gücləndirməkdir. Seminar zamanı kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, müxtəlif ölkələrdə kibercinayətlərin araşdırılması standartları, bu növdən olan cinayətlərin istintaqı zamanı istintaq orqanları ilə CSİRT arasında rəsmi və qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib.

Bunlarla yanaşı təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 365