Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib


17:51     05 Mart 2021 2018/02/energetik_1519048069.jpg

Energetika Nazirliyi 2020-ci ildə dövlət büdcəsindən ayrılmış və xərclənmiş vəsait barədə məlumatları açıqlayıb.


Femida.az xəbər verir ki, ötən il qurumun xərcləri 4,271 milyon manat məbləğində təsdiq edilsə də, dövlət büdcəsindən Nazirliyə 3,852 milyon manat vəsait ayrılıb.

Bunun isə 3,628 milyon manatı xərclənib. Başqa sözlə, büdcə vəsaitlərinə 5,8 % qənaət edilib.

Hesabat dövründə Energetika Nazirliyinin xərclərinin 52,7 %-i, yaxud 1,911 milyon manatı əməkhaqlarının ödənilməsi ilə bağlı olub. Bu istiqamətdə 1,25 % qənaət olub.

Əməyin ödənişi ilə bağlı digər xərclər isə 508 min manat təşkil edib. Bu da ayrılmış vəsaitlə müqayisədə 1,5 % az olub.

İl ərzində Nazirlik məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə isə 531 min manat yönəldib. Bu isə ayrılmış vəsaitdən 1,4 % az olub.

Açar sözlər:

Oxunub: 728