Həbsdə olan qazi azadlığa buraxıldı
18:01 05 Mart 2021

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Vətən müharibəsindən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağzadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.
Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini A.Ağazadə azadlığa buraxılıb.
Cəlilabad Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs A.Ağazadəyə elan edilən ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilib.
Bununla belə, təqsirləndirilən şəxs A.Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apellyasiya protesti verilib. / Report
Femida.az
Oxunub: 231
Oxşar xəbərlər
- Həbsdəki tanışına başmaqda narkotik aparan şəxs tutulub
- Həbsdə olan yeznəsinə kartofun içəsində narkotik apardı
- Həbsdə olan şəhid ailələrinin üzvləri azadlığa buraxılıb
- Həbsdə olan keçmiş icra başçısının məhkəməsi təxirə salınıb
- Həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
- Həbsdə olan sabiq icra başçısının həbs müddəti uzadılır
- Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
- Həbsdəki oğluna yeməyin içində narkotik gətirən qadın saxlanılıb
- Həbsdə olan icra başçıları istintaqdan razıdır