Bir sənədin notarial təsdiqinin qiyməti səhifəsindən asılı olmayaraq 3 manatdır
18:13 05 Mart 2021
“Dövlət rüsumu haqqında” qanuna edilən son dəyişikliyə görə, bir sənədin notariat təsdiqinin qiyməti 3 manatdır”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyinin feysbuk səhifəsində yayımlanan onlayn brifinqdə deyib.
O bildirib ki, dəyişiklikdən əvvəl sənədlərin surətinin təsdiqi üçün hər bir səhifə üçün 2 manat rüsum, 2 manat xidmət haqqı və hər səhifə üçün 1 manat əlavə ödəmə edilirdi:
“Sadə qaydada desək, 1 səhifəlik sənədin təsdiqi üçün 5 manat pul ödənilməliydi. Hazırda isə bu notariat hərəkəti üçün 1.5 manat rüsum, 1.5 manat isə xidmət haqqı nəzərdə tutulub. Yəni hazırda bir sənədin təsdiqi üçün nəzərdə tutulan ümumi məbləğ cəmi 3 manatdır”.
Femida.az
Oxunub: 1362
Oxşar xəbərlər
- Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirildi
- Notarial təsdiq rüsumu azaldıldı
- Karantinin sonunadək Bakıda fəaliyyət göstərəcək notariusların SİYAHISI
- Notariusa getdi, adını ölülərin siyahısında gördü - Azərbaycanda
- Notariuslar haqqında bunları bilmək vacibdir - Hüquqi maarifləndirmə
- Sərhəd, aeroport, liman və dəmiryolu vağzallarında notariat sənədlər almaq olacaq - YENİLİK
- 21 notariusun fəaliyyətinə xitam verildi
- Notariusların fəaliyyətinə dair geniş müşavirə keçirilib
- 79 icra başçısı müavini, 2 səfir, 200 diplomat, 61 hakim, 26 notarius qadındır
- Notarius fəaliyyəti ilə bağlı imtahan olacaq