Ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi qadınlardır


18:26     05 Mart 2021 muellim5.jpg


Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,0 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi qadınlardır.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

Femida.az

Açar sözlər:

Oxunub: 320