Azərbaycanda 7 ixtisas üzrə yeni magistr ixtisasları yaradılacaq
19:07 05 Mart 2021

“Təhsil Nazirliyi tərəfindən bu il ilk dəfə yeni tipli magistr proqramlarının təsis edilməsi barədə qərar qəbul olunub. İlk olaraq 7 yeni ixtisas sahəsi seçilib. Bu ixtisaslar üzrə yeni magistr ixtisasları və yaxud ixtisaslaşmaları açılacaq”.
APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli bildirib. Onun sözlərinə görə, bu ixtisaslar keyfiyyətcə yeni ixtisaslardır: “Bunların təxminən beşi ümumiyyətlə ixtisaslaşma təsnifatlaşdırmasına, Azərbaycana yeni gəlib. Bunlar müasir dünyanın axınına, trendinə uyğun tamamilə yeni ixtisaslardır. Bu ixtisasların Azərbaycan üçün hazırlanması üçün çox vacibdir. Biz hesab elədik ki, bu ixtisaslarla başlasaq, daha yaxşı olar. Bizim bu günə qədər onsuz da magistratura qruplarımız var idi, çoxlu sayda ixtisaslar üzrə magistr hazırlığı aparırdıq. Amma bu ixtisaslarda tamamilə yeni məzmundan istifadə olunacaq. Bu məzmun demək olar ki, dünya universitetlərinin mövcud kurrikulumlarına, tədris proqramlarına uyğun hazırlanmış magistr proqramları olacaq. Burada söhbət təkcə bu ixtisaslar üzrə biliyin verilməsindən getmir, eyni zamanda verilən biliyin səriştəyə uyğun olmasına önəm verilir.
Femida.az
Oxunub: 206
Oxşar xəbərlər
- Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- Azərbaycanda tanınmış bəstəkar vəfat edib
- Azərbaycanda 2 206 yeni yoluxma - 35 nəfər öldü
- Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb
- Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
- Azərbaycanda vurulan peyvəndin sayı 1 milyonu keçdi
- Azərbaycanda indiyədək bu qədər koronavirus testi aparılıb
- Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirilir
- Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ
- Azərbaycanda bu qanun qüvvədən düşüb