QDİƏT-nin işçi qrupunun pandemiya ilə mübarizəyə həsr edilmiş iclası olub


20:11     05 Mart 2021 21_03_05_1614960773.jpg


Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) işçi qrupunun turizm sahəsində koronavirus (COVID-19) pandemiyası əleyhinə mübarizəyə həsr edilmiş onlayn iclası keçirilib.


Bu barədə Femida.az-a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, işçi qrupunun iclasında QDİƏT-nin Daimi Beynəlxalq Katibliyinin baş katibi Maykl Kristides, Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Departamentinin direktor müavini Piter Yanek, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Moldova, Rumıniya və təşkilata üzv olan digər dövlətlərin 30-a yaxın nümayəndəsi iştirak edib.

Üzv dövlətlərin COVID-19-a qarşı həyata keçirilən tədbirlər, turizm sektorunun bərpası istiqamətində indiyə qədər görülmüş işlər, həmçinin bu sahədə planlaşdırılan tədbirləri müzakirə etmək məqsədilə keçiridiyi iclasda sözügedən məsələlərə dair birgə bəyannamənin layihəsi hazırlanıb.

Həmçinin onlayn görüşdə üzv ölkələrin mütəmadi olaraq turizmlə bağlı COVID-19 pandemiyası və sonrakı dövr ərzində əsas xəbər və yeniliklərin QDİƏT Katibliyinə göndərilməsi barədə razılıq əldə edilib.

Qeyd olunan məlumatlar pandemiya dövründə üzv ölkələrə səyahət şərtləri və turizm sahəsi ilə bağlı yeniliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə QDİƏT tərəfindən yaradılan onlayn platformada (http://www.bsec-covidinfo.org) yerləşdiriləcək.

Femida.az

Açar sözlər: #turizm  

Oxunub: 364