Diplomatlar Füzuli, Qubadlı və Laçına səfər edir


09:27     06 Mart 2021 21_03_06_1615009091.jpg


“Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarını ziyarət etmək üçün aparırıq”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, - H.Hacıyev qeyd edib.

Femida.az

Açar sözlər: #Laçın   #Füzuli   #Cəbrayıl   #diplomat  

Oxunub: 527