Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb
12:03 06 Mart 2021
Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 950
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”