Prezident dövlət proqramlarının qiymətləndirilməsi ilə bağlı fərman imzalayıb


13:41     06 Mart 2021 cenab%20prezident21.jpg

Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.


Femida.az xəbər verir ki, fərman dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək məqsədilə imzalanıb.

Sənədə əsasən, “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Açar sözlər:

Oxunub: 285