Dövlət proqramının nəticələri barədə illik hesabatlar hazırlanacaq


15:19     06 Mart 2021 prezident2.jpg

Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və nəticələri barədə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən illik hesabatlar hazırlanacaq.

Femida.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

Sənədə əsasən, hesabatlar və təsdiqedici sənədlərlə birlikdə hər il yanvarın 20-dək əlaqələndirici orqana (quruma) təqdim ediləcək.

Açar sözlər:

Oxunub: 214