Polis itkin düşən 2 yaşlı uşağı tapdı
15:54 06 Mart 2021

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü, axtarışlarının nəticəsiz qaldığını bildirərək kömək göstərilməsini xahiş edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar.
Həyata keçirilən operativ tədbirlər zamanı 2 yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib.
Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər.
Oxunub: 219
Oxşar xəbərlər
- Polis narkotik alverçilərini belə tutdu - Əməliyyatın VİDEOSU
- Polis karantini pozan şəxslərə qarşı reyd keçirib - VİDEO
- Polis sərxoş vəziyyətdə azad olunan ərazilərə keçmək istəyənləri saxladı
- Polis əməliyyat keçirdi - Saxta pullar ələ keçirildi
- Polis Ağcabədi sakininin Xocavəndə tapdığı silah-sursatı götürdü
- Polis ermənilərin atıb qaçdığı silahları aşkarladı
- Polis əməliyyatlar keçirdi, 23 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı
- Polis 3 rayonda əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb
- Polis Qusarda əməliyyat keçirib, saxlanılan var
- Polislər şəhid ailələrinə bayram sovqatı paylayıb