Göygöldə baş verən avtoqəzada 2 nəfər xəsarət alıb


09:33     07 Mart 2021 21_03_06_1615057341.jpg

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "Ford Tranzit" markalı yük maşını toqquşub. Qəza zamanı avtomobillərdə olan Anar Hüseynov və İlqar Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 205