Sabah Bakıda külək əsəcək
12:37 07 Mart 2021

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Femida.az-a verdiyi məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Sabah Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Oxunub: 220
Oxşar xəbərlər
- Sabahın hava proqnozu
- Sabah Bakıda bir neçə marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək
- Sabahın hava proqnozu açıqlandı
- Sabah Milli Məclisin iclası keçiriləcək
- Sabah hava yağmursuz olacaq
- Sabah Əfv Komissiyasının sonuncu iclası keçiriləcək
- Sabah yağış yağacaq
- Sabah Bakıda qar yağacaq, çovğun olacaq - XƏBƏRDARLIQ
- Sabah Əfv Komissiyası yenidən toplanır
- Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA