Güclü külək 600 abonenti qazsız qoydu
12:42 07 Mart 2021
Martın 7-də Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur. Bu cür vəziyyət qaz təsərrüfatına da ziyansız ötüşmür.
Femida.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
"Xəzər rayonu Binə qəsəbəsi "Sovxoz" ərazisi deyilən yerdə, "Qardaşlar" marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb. Təbii hadisə səbəbindən müvəqqəti olaraq 600 abonentin qaz təchizatında fasilə yaranıb. "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib", - deyə qurum rəsmisi vurğulayıb.
Oxunub: 418
Oxşar xəbərlər
- Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü geomaqnit qasırğası gözlənilir
- Güclü külək Cəlilabadda ağacların bir qismini yolun hərəkət hissəsinə aşırıb
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq
- Güclü külək əsəcək
- Güclü külək əsəcək, intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
- Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama
- Güclü külək Bakıda 11 məktəbə ziyan vurub