Azərbaycan Ordusunda 9 minə yaxın hərbi qulluqçu COVID-19 qarşı peyvənd olunub
13:18 07 Mart 2021

Pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə Müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir.
Femida.az -ın məlumatına görə, Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır.
Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb.
Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.
Bu günədək doqquz minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub.
Oxunub: 241
Oxşar xəbərlər
- Azərbaycan və Maldiv XİN başçıları arasında telefon danışığı olub
- Azərbaycanda tullantıları yenidən emal edən müəssisələr yaradılır
- Azərbaycanda nə qədər insan peyvənd olunub? - Statistika
- Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- Azərbaycan çempionu koronavirusdan dünyasını dəyişdi
- Azərbaycanda tanınmış bəstəkar vəfat edib
- Azərbaycanda 2 206 yeni yoluxma - 35 nəfər öldü
- Azərbaycan və Rusiya Baş prokurorlarının görüşü keçirilib
- Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb
- Azərbaycanlı zabit Böyük Britaniyada təltif olundu - Foto