FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
19:38 07 Mart 2021

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) bildirilib ki, bununla bağlı, Bakı şəhərində müxtəlif ünvanlarda küclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında FHN-in müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
Daxil olmuş zənglər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi və Nərimanov rayonu, Həsənoğlu küçəsində beşmərtəbəli binaların dam örtüklərində asılı vəziyyətdə qalmış dəmir parçalarının kənarlaşdırılması və ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, habelə Binəqədi rayonu, 3-cü Mədən küçəsində obyektdə yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.
Oxunub: 285
Oxşar xəbərlər
- FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
- FHN: Ötən gün 26 yanğına çağırış olub, 6 nəfər xilas edilib
- FHN: Ötən sutkada 30 yanğına çıxış olub, 3 nəfər xilas edilib
- FHN Qazaxdakı ağır qəza ilə bağlı məlumat yaydı
- FHN gücləndirilmiş iş rejimində çalışacaq
- FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi
- FHN-in yanğınsğndürmə və qəza-xilasetmə əməliyyatlarının VİDEOSU
- FHN məcburi köçkünlərin binasındakı yanğınla bağlı daha bir məlumat yaydı
- FHN daha bir obyektlə bağlı inzibati tədbir görüb - VİDEO
- FHN Ucarda baş verən ağır qəza ilə bağlı məlumat yayıb