Mehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"
10:11 08 Mart 2021

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.
M.Əliyevanın rəsmi "Instagram" hesabında yer alan təbrikdə deyilir:
"Əziz qadınlar!
Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.
Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.
Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!"
Oxunub: 231
Oxşar xəbərlər
- AQTA: Qanunsuz fəaliyyət göstərən restoranın fəaliyyəti məhdudlaşdırılıb
- Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələyib
- Ötən gün 47 yanğın olub - VİDEO
- "Türkiyənin Azərbaycana göstərdiyi dəstək qəlbimizdə yaşayacaq" - İlham Əliyev
- İrəvandakı Azadlıq meydanına Polad Həşimovun adı yazıldı - FOTO
- Polis narkotik alverçilərini belə tutdu - Əməliyyatın VİDEOSU
- "YAŞAT" fonduna 31 milyona yaxın vəsait daxil olub - 5505 şəxs öhdəliyə götürülüb
- Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq
- “Hərbi əsir”lərin qaytarılması barədə razılaşma olmayıb” - Simonyan
- Vaksinasiya ilə bağlı Azərbaycanda SON STATİSTİKA