Gəncədə ana və uşaqları dəm qazından zəhərlənərək ölüb


10:33     08 Mart 2021 facievi%20olum.jpg

Gəncə şəhərində dəm qazından ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, ana Leyla Məmmədova iki uşağı - Murad Məmmədov və Xədicə Məmmədova ilə birgə hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 328