Britaniyalı nazirdən Azərbaycan qadınlarına təbrik


12:33     08 Mart 2021 2021/03/0ADE1041-6219-40F5-8919-A0E4F9F7370A_1615193592.png

Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib.

Azvision.az xəbər verir ki, nazir təbrik mesajında Azərbaycan qadınlarına xoş arzularını çatdırıb:

“Keçən il Azərbaycana səfər etdiyim zaman həqiqətən ruhlandıran qadın və qızlarla tanış olmaq şərəfinə nail oldum. Onların arasında gender bərabərliyini müdafiə edən vətəndaş cəmiyyəti rəhbərləri, ailələr, yerli icmalara rifah gətirən qadın sahibkarlar və Britaniya Şurası tərəfindən dəstəklənən məktəb klublarında ingilis dili, tənqidi təfəkkür bacarıqları öyrənən məcburi köçkün ailələrindən olan qızlar var idi".

Nazir, həmçinin qeyd edib ki, gender bərabərliyi qadınlar və kişilər üçün fayda gətirir:

"Qadınlar və qızların öz potensiallarını reallaşdırmağa və yaşadıqları icmalarda verilən qərarlara təsir etmək azadlığına sahib olması bütün cəmiyyətə əhəmiyyətli üstünlüklər verir. Bu, xüsusilə qadınların sülh və təhlükəsizlik məsələlərində iştirakı zamanı özünü büruzə verir. Bu səbəbdən Azərbaycan qadınlarının sülh və təhlükəsizlik üzrə Milli Fəaliyyət planının qəbul edilməsi çox vacibdir. Azərbaycan Birləşmiş Krallıq da daxil olmaqla, dünyanın əksər ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi faktı ilə haqlı olaraq fəxr edə bilər. Azərbaycan hökuməti ilə qadın və qızların hüquq və bərabərliyinin daha da artırılması barədə apardığım müzakirələrdən məmnun qaldım. Buna nail olmaq üçün bütün azərbaycanlıların rifahı naminə azərbaycanlı dostlarımızla qarşılıqlı əməkdaşlıq etməyimizi səbrsizliklə gözləyirəm".

Açar sözlər:

Oxunub: 227


Oxşar xəbərlər