FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat yaydı
12:53 08 Mart 2021

8 mart 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib. Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd drenaj quyusu qazılmaqdadır.
"Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər 2 quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. Bildiririk ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı gözlənilən idi. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.
Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Oxunub: 279
Oxşar xəbərlər
- Bakıda gəmi yanıb
- Bacı-qardaş Kürdə batdı, FHN dalğıcları onları axtarır
- FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
- FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Ötən sutka 31 yanğına çıxış olub, 9 nəfər xilas edilib
- FHN: Ötən gün 26 yanğına çağırış olub, 6 nəfər xilas edilib
- FHN: Ötən gün 6 nəfər xilas edilib
- FHN: Ötən gün 23 yanğına çıxış olub
- FHN: Ötən sutka ərzində 12 nəfər təxliyə olunub, 5 nəfər xilas edilib
- FHN: Ötən gün 20 yanğına çıxış olub