Beyləqanda avtomobil velosipedçini vuraraq öldürüb


13:59     08 Mart 2021 21_03_08_1615196779.jpg

Beyləqan rayonunda yol qəzası olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-sı saat 17 radələrində rayonun Yeni Mil qəsəbəsi ərazisində rayon sakini V.Cavadlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Qəhrəmanlı qəsəbə sakini Z.Novruzovu vurub.

Nəticədə velosipedçi xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 460