36 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb


15:47     08 Mart 2021 21_03_08_1615204106.jpg

Kürdə batan şəxsin meyiti tapılıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 388