Keçmiş məhkumlar narkotiklə tutuldu


18:06     08 Mart 2021 2021/03/15490-1615206398_1615212704.jpg

Azərbaycanda narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizə davam edir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunanlar - M.Ağayev və N.Zərbalı saxlanılıblar.

Şəxsi axtarışlar zamanı M.Ağayev 445 qram, N.Zərbalıdan isə 450 qram marixuana aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 390