Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
19:28 08 Mart 2021
Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsmə Əsəd koronavirusa yoluxublar.
Femida.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkə başçısının mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, B.Əsəd və xanımının vəziyyəti stabildir, hazırda onlar ev şəraitində karantin keçirlər: "Prezidenti Bəşər Əsəd və xanımı 2-3 həftə davam edəcək ev karantinində öz fəaliyyətlərini davam etdirəcəklər".
Oxunub: 353