Əksər rayonlarda qar və yağış yağıb - FAKTİKİ HAVA


22:35     08 Mart 2021 2018/02/qar-yagib_1519021651.jpg

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, martın 8-i saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib.

Qeyd olunub ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafa, Tovuz, Zaqatala, Şəki, Quba, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda qar, Nabran, Biləsuvar, Neftçala, Hacıqabul, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan, Yevlax, Göyçay, Mingəçevir, Ağsu,Şəmkir, Naxçıvan, Naftalanda yağış yağıb.

Açar sözlər:

Oxunub: 307


Oxşar xəbərlər