Sumqayıtda ağır yol qəzası baş verib


09:20     09 Mart 2021 Qeza2.jpg

Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə şəhərin dənizkənarı bulvar ərazisində qeydə alınıb.

Belə ki, 90-MB-633 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillə 10-SD-472 dövlət nömrə nişanlı “VAZ 2107”markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 374