Pakistan vətəndaşının müvəqqəti yaşama icazəsi uzadılıb - MƏRUZƏ


10:58     09 Mart 2021 pakistan6.jpg

Pakistan İslam Respublikasının vətəndaşı A. (2563-20) Ombudsmana müraciət edərək, ailəsi, o cümlədən iki azyaşlı övladı ilə birgə Azərbaycan Respublikası ərazisində yaşadığını, ona müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı müraciətlərinin təmin olunmadığını, bununla da əmək fəaliyyəti ilə məşğul ola və ailəsinin sosial problemlərini həll edə bilmədiyini qeyd edib, köməklik göstərilməsini xahiş edib.


Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Ombudsmanın şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə ünvanladığı müraciətdən sonra Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan ərizəçinin müvəqqəti yaşama icazəsi uzadılıb.

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə əsasən, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

Ombudsman xaricdəki vətəndaşlarımızın hüquqlarının müdafiəsi yönümündə səlahiyyətli dövlət qurumları, habelə xarici həmkarları ilə əməkdaşlığını davam etdirib.

Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının daha səmərəli müdafiəsində, onların pozulması halları barəsində məlumatların əldə edilməsində və bu hüquqların bərpası istiqamətində tədbirlərin həyata keçirilməsində qeyd edilən əməkdaşlıq əhəmiyyətli olub.

Femida.az

Açar sözlər:

Oxunub: 517