Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib - RƏSMİ


11:43     09 Mart 2021 2021/03/ehmed-1615275454_1615275871.jpg

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a bildirilib ki, sabiq nazirin həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi barədə xəbərlər yayılıb.

Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Açar sözlər:

Oxunub: 566